Bolqarıstanın baş prokurorunun kortejinin avtomobili partladılıb

18:53 01.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanın baş prokuroru İvan Qeşevin korteji yaxınlığında partlayıcı qurğu işə düşüb. Bu barədə Bolqarıstanın “Haskovo” nəşri məlumat yayıb.

Bildirilir ki, partlayıcı qurğu yerli vaxtla saat 11:45 radələrində Geşevin korteji Sofiya-Samokov yolu ilə Kovaçevtsi kəndi yaxınlığında hərəkətdə olarkən işə düşüb. Partlayış maşınlardan birinə dəyib. Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə baş prokurorun müavini Borislav Sarafov gəlib, onun rəhbərliyi ilə istintaq aparılacaq. Hadisə ilə əlaqədar məzuniyyətini yarımçıq qoyan Daxili İşlər Nazirliyinin baş katibi Petr Todorov da hadisə yerinə gedib. "Hər hansı bir Bolqarıstan vətəndaşının həyatı və sağlamlığı üçün hər hansı təhlükə qəbuledilməzdir" deyib Todorov.