“Brent” nefti ucuzlaşdı

10:00 09.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,06% azalaraq 1 barelə görə 63,16 dollar təşkil edib.

Hafta.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,17% artaraq 59,7 dollar təşkil edib.