Yazını böyüt
Yazını kiçilt
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranın nüvə proqramının “həmişəkindən daha çox irəlilədiyini” və Rusiyadan təhlükəsizlik təhdidinin olduğunu ehtimal edir. Bu barədə britaniyalı diplomatın “Twitter” profilində məlumat verilib.
Kleverlinin sözlərinə görə, Tehran Rusiyanın təkziblərinə baxmayaraq, Ukraynada istifadə üçün Moskvaya hələ də pilotsuz təyyarələr verir.
O cümlədən, nazir Londonun müttəfiqləri ilə birlikdə “İran təhlükəsinə qarşı” çalışacağına söz verib.
Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin əmin edib ki, İran silahları bütün region üçün təhlükə yaradır.