BSU-da yeni fakültələr yaradılır

11:10 05.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Slavyan Universitetinin (BSU) Elmi şurasının iclasında 2 yeni fakültənin yaradılması ilə bağlı məsələ müzakirə olunub.

BSU-dan hafta.az-a bildirilib ki, Elmi şuranın müvafiq qərarı ilə Humanitar və sosial elmlər fakültəsi və Tərcümə fakültəsinin bazasında Qərbi Avropa dilləri və Şərqi Avropa dilləri fakültələri yaradılıb. Humanitar və sosial elmlər fakültəsi isə Sosial elmlər fakültəsi adlandırılıb.

Yeni fakültələr “BSU 2030” İnkişaf Strategiyasına uyğun olaraq yaradılıb.