Bu gün Azərbaycanda payız başlayır

10:43 23.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda payız fəsli bu gün - sentyabrın 23-də saat 11:50-dən başlayacaq.

Bu barədə hafta.az-a Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxananın məlumatına görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək. Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq.

Rəsədxanadan o bildirilib ki, dekabrın 22-də 08:19-da isə Azərbaycana qış fəsli qədəm qoyacaq.