Bu gün bütün Rusiyada sirenlər səslənəcək

09:05 06.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün - martın 6-da Rusiyada ictimai xəbərdarlıq sistemlərinin planlı auditi aparılacaq. Təlim çərçivəsində bütün ölkə ərazisində sirenlər çalınacaq və dinamik sistemləri yoxlanılacaq.

Hafta.az-ın yazdığına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada, siren və səsgücləndiricilərin işə salınması ilə bütün Rusiyanı əhatə edən ictimai xəbərdarlıq sistemlərinin planlı yoxlamasının günün sonunadək başa çatdırılacağı açıqlanıb.

RİA Novosti-nin məlumatına görə, Rusiyanın bütün ictimai televiziya və radio kanallarının yayımı dəyişdiriləcək.

Yoxlamalar zamanı “Hamının diqqətinə!” xəbərdarlıq siqnalı yandırılacaq, bütün televiziya və radio kanallarında “İctimai xəbərdarlıq sisteminin hazır olub-olmaması yoxlanılır!” mesajı veriləcək. Məlumat vizual və audio mesajlar şəklində dərc olunacaq.

Nazirlik xəbərdarlıq edib ki, siren səslənəndə təşvişə düşməyə ehtiyac yoxdur. Bildirib ki, vətəndaşlar istənilən ictimai kanalda və ya radioda televizoru yandırıb məlumat xarakterli mesajlara qulaq asmalıdırlar.

Əhalinin daşqın və meşə yanğınlarından qorunmasına hazırlıq məqsədilə genişmiqyaslı təlimlər çərçivəsində xəbərdarlıq sistemləri sınaqdan keçirilir.