Bu həftə bülletenlər məntəqə seçki komissiyalarına veriləcək

14:59 29.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu həftə seçki bülletenləri məntəqə seçki komissiyalarına paylanılacaq.

Hafta.az Secki-2024.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən fevralın 2-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verilməlidir.

Fevralın 4-dək isə dairə seçki komissiyaları seçki bülletenlərini dairə məntəqə seçki komissiyalarına təqdim etməlidir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.