Bu ölkənin ən varlı adamı oğlunun toyundan əvvəl 50 min insana ziyafət verdi

19:17 29.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ən varlı adamı Mukeş Ambani oğlunun bir neçə gün davam edəcək dəbdəbəli toyuna hazırlaşır. Milyarder hind ənənəsinə uyğun olaraq toydan əvvəl doğma şəhərinin sakinləri üçün ziyafət təşkil edib.

Hafta.az xəbər verir ki, “Daily Mail”-in məlumatına görə, “Reliance Industries” şirkətinin 66 yaşlı sahibi 50 mindən çox insanı əyləndirib.

Çərşənbə axşamı Ambani və arvadı Nita, oğulları Anant və nişanlısı Radhika Merçant ilə birlikdə Hindistanın qərbindəki Qucarat əyalətindəki Camnagar şəhərində sakinlər üçün üç günlük ziyafət təşkil ediblər.

Bir neçə “Reliance” şirkətinin idarə heyətində direktor vəzifəsində çalışan 28 yaşlı bəy Anant milyarder Şri Viren Merçantın 29 yaşlı qızı ilə evlənəcək.

“Forbes”-in məlumatına görə, Ambani təkcə Hindistanın deyil, Asiyanın ən zəngin adamıdır. Onun sərvəti 114 milyard dollar məbləğində qiymətləndirilir. Ambani 2018-ci ildə qızı üçün Hindistanda ən bahalı toy edib. Məclisin100 milyon dollara başa gəldiyi və ABŞ pop meqastarı Beyonsun çıxış etdiyi bildirilir.

“Reliance” tərəfindən açıqlanan siyahıya əsasən, budəfəki toyda “R&B” ulduzu Rihanna, illüziyaçı David Blaine və Bollivuddan Diljit Dosanjh qonaqlar üçün çıxış edəcəklər.

Gözlənilən toy qonaqları arasında “Microsoft”-un qurucusu Bill Qeyts, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq və bir neçə hazırkı və keçmiş siyasi lider, ABŞ-nin keçmiş prezidentinin qızı İvanka Tramp, həmçinin İsveçin keçmiş baş naziri Karl Bildt, Kanadanın keçmiş baş naziri Stiven Harper və Butan kralı var.

Oxunma sayı 61