Bu rayonlarda qaz olmayacaq

21:42 29.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 30.11.2021-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

"Azəriqaz" İB-dən hafta.az-a bildirilib ki, həmçinin Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 30.11.2021-ci il tarixdə saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.

 

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.