Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın bir sıra rayonlarında bir neçə bələdiyyəyə məxsus müxtəlif təyinatlı torpaq sahələri hərraca çıxarılacaq.
Hafta.az-ın məlumatına görə, torpaq müsabiqə və hərracları noyabrın 5-də saat 15:00-da keçiriləcək.
Hərraca çıxarılacaq torpaqların ilkin qiyməti, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı 107 manatdan başlayaraq 17 820 manatadək dəyişir.
Müsabiqə və hərraca çıxarılacaq bələdiyyə torpaqları ilə bağlı məlumat almaq üçün müvafiq bələdiyyələrə müraciət edilməlidir. Ərizələr isə 6 oktyabr - 3 noyabr 2025-ci il tarixlərində qəbul ediləcək.