Yazını böyüt
Yazını kiçilt
“Korrupsiyalaşan Avropa Parlamenti, AŞPA islamafobiya, türkəfobiya ilə “silahlanıb” üstümüzə hücum edir. Bu gün Azərbaycan ədalətsiz mövqe ilə üz-üzə qalıb”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı bildirib.
F.Aağamalı Azərbaycanın Avropa Şurasına üzv olmasının hədəflərinə diqqət çəkib.
“Əslində başlıca məqsəd xalqımızın uzun illər Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpasına nail olmaq idi. Amma bu qurum Azərbaycanın xeyrinə heç bir müsbət qərar qəbul etməyib”.
Deputat AŞPA -nın bütün hallarda Ermənistanın yanında olduğunu və ona görə də, xristian klubunda yer almağın Azərbaycan üçün faydalı olmadığını bəyan edib.