Bugünkü valyuta hərracında tələb 31 milyon dollar olub

13:09 20.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 20-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən hafta.az-a bildirilib ki, hərracda tələb 31 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.