Çavuşoğlu Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycanı təbrik edib

10:18 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu 18 oktyabr -Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycanı təbrik edib.

Hafta.az-ın xəbərinə görə, M. Çavuşoğlunun "Twitter"də paylaşdığı təbrikdə deyilir:

"Can Azərbaycanın və azərbaycanlı qardaşlarımızın müstəqillik günü qutlu olsun. Üç rəngli bayrağınla sən məsud yaşa, çox yaşa, Azərbaycan! 

18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə qardaş Azərbaycanı ürəkdən təbrik edirəm".