Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə görüşüb

21:00 16.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

16 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan vəziyyət, o cümlədən post-münaqişə mərhələsində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan hökumətinin bölgədə münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandırıb.

Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.