Ceyhun Bayramov BMT-nin Ali Komissarı ilə görüşüb

12:39 13.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türklə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycan və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlığının cari gündəliyi və perspektivləri, o cümlədən, regionda baş verən son hadisələr müzakirə edilib", - məlumatda deyilir.

Xatırladaq ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.