Ceyhun Bayramov Ermənistanı sülh prosesinə xələl gətirməməyə çağırıb

12:10 02.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşüb.

Nazir bu barədə özünün rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Ceyhun Bayramov Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı çağırış edib.

“Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir”, - deyə o bildirib.

Nazir regional və beynəlxalq hadisələr barədə danışdıqlarını da əlavə edib.

Oxunma sayı 53
Siyasət rubrikasından digər xəbərlər