Ceyhun Bayramov Nikola Selakoviçlə görüşüb

12:20 26.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla serbiyalı həmkarı Nikola Selakoviç arasında təkbətək görüş olub.

Hafta.az xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı ikitərəfli məsələlər müzakirə edilib.

Qeyd edək ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Azərbaycana səfər edib.