Çində məscidi muzeyə çevirdilər

10:10 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kommunist Çin hakimiyyəti Şərqi Türküstanda mədəni soyqırımı sürətləndirib. Sincan-Uyğur Muxtar Bölgəsində İslamı tamamilə silmək istəyən Pekin qədim məscidi muzeyə çevirib.

Hafta.az-ın yazdığına görə, memarlığı və ölçüləri ilə diqqət çəkən bəzi məscidləri turistik məkana çevirən kommunist idarəsi bu dəfə əvvəlcə uyğur türklərinin qədim məscidini söküb, sonra təmir etdirərək muzeyə çevirib.

QHA-nın xəbərlərinə görə, Çinin sosial media şəbəkələrində Şərqi Türküstanda mədəniyyət sərgisi evinə çevrilən məscidin videoları paylaşılmağa başlayıb. Görüntülərdə məscidin muzeyə çevrildiyi və içinə Çin mədəniyyətini əks etdirən sandıq və digər əşyaların qoyulduğu görünür. Daha əvvəl bir çox məscidi ibadət üçün bağlayan və onları turizmə açan Çin rəhbərliyi, yarıçılpaq qadınların məscidə girərək Qurani-Kərimlə lağ edən görüntülərinə səbəb olmuşdu. Bundan əlavə, bölgədəki bir çox məscid barlara və spirtli içkilərin satıldığı əyləncə məkanlarına çevrilib.

Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) peyk görüntülərini təhlil edərək hazırladığı hesabata görə, Şərqi Türküstanda 16 min məscid qismən dağıdılıb və böyük ziyan dəyib. Şərqi Türküstanda dini və mədəni yerlərdə həyata keçirilən dağıntılar üçün hazırlanan hesabatda bölgədəki ümumi məscidlərin yüzdə 65-nin dağıdıldığı diqqətə çatdırılıb. Hesabatda Çin Kommunist Partiyası rəhbərliyinin 2017-ci ildən bəri başlatdığı fəaliyyət çərçivəsində 8500 məscidin tamamilə dağıdıldığı bildirilib.

Oxunma sayı 148