Çinin müdafiə naziri 15 gündür yoxa çıxıb

11:30 13.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində nazirlərlə bağlı müəmmalı hadisələr davam edir. Keçmiş xarici işlər naziri Qin Gangın müəmmalı şəkildə yoxa çıxması hələ də sirr olaraq qalsa da, daha bir oxşar vəziyyət yaşanır. Çinin müdafiə naziri Li Şanfu 15 gündür itkin düşüb.

Hafta.az-ın yazdığına görə, nazir Li Şanfu sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib. O vaxtdan bəri heç bir tədbirdə iştirak etməyib və heç bir verilişdə görünməyib. Onun harada olması barədə məlumat yoxdur. Çin mətbuatı "Li Şanqfu haradadır" sualına cavab axtarır. Mövzu ilə bağlı çoxlu iddialar var. Həmin iddialar arasında nazir Linin saxlanılmış ola biləcəyi də var.

Məsələ ilə bağlı Çin hökumətindən heç bir açıqlama verilməyib. 

li Şanfu Çinin müdafiə naziri vəzifəsinə mart ayında təyin edilib. O, Rusiyadan raket sistemlərinin alınmasına görə ABŞ-ın sanksiyalar siyahısında idi.