Daha 80 nəfər yoluxub - 3 nəfər öldü

17:38 26.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 340 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 136 nəfər müalicə olunaraq sağalıb, 5 009 nəfər vəfat edib, aktiv xəstə sayı 3 570 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 616, ötən müddət ərzində isə ümumilikdə 3 980 697 test aparılıb.