Yunanıstanda meşə yanğını riski artıb

19:42 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yunanıstanın bu gün üçün Krit, Xios, Samos və İkariya adalarında yanğın təhlükəsinin səviyyəsi ən yüksək ikinci dərəcə hesab olunan narıncı xəbərdarlıq səviyyəsinə qaldırılıb.

Bu barədə CNN Türk məlumat yayıb.

Bildirilib ki, paytaxt Afinanı da əhatə edən Attika bölgəsi və ətraf ərazilər, Peloponnes yarımadasının şimal hissəsi, Evia (Eğriboz) və Midilli (Lesbos) adaları, həmçinin ölkənin şimalındakı Kilkis bölgəsi isə sarı xəbərdarlıq zonasına daxil edilib.

Mülki Müdafiə Baş Katibliyi yüksək yanğın riski olan ərazilərdə yaşayan sakinlərə açıq havada yanğına səbəb ola biləcək bütün fəaliyyətlərdən çəkinməyə çağırıb. Qurum xüsusilə quru otların yandırılması, qaynaq işlərinin aparılması, manqal qalamaq və yanğın törədə biləcək digər fəaliyyətlərin həyata keçirilməməsini tövsiyə edib.