İran-ABŞ danışıqları üçün növbəti məkan - TƏKLİF

15:52 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran və ABŞ nümayəndələri arasında iyulun 11-də baş tutması gözlənilən yeni danışıqlar raundunun böyük ehtimalla İslamabadda keçiriləcəyi bildirilir.

Hafta.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, texniki müzakirələrin təşkili üçün iki potensial məkan mövcuddur: Pakistanın paytaxtı və İsveçrənin Bürgenstok kurortu. Lakin o, İslamabadın daha real ehtimal olduğunu vurğulayıb. Nəşrdə qeyd olunur ki, bu barədə hələlik yekun qərar qəbul edilməyib.

Diplomatik mənbələrin məlumatına əsasən, qarşıdan gələn görüşdə əsas diqqət İranın nüvə proqramına, Tehrana qarşı tətbiq olunan sanksiyaların ləğvinə və dondurulmuş aktivlərin sərbəst buraxılmasına yönəldiləcək.