DİN narkomanlarla bağlı görüntülərə münasibət bildirib

15:37 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq.

Bu barədə hafta.az-a bazar günü Daxili İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək.