Diplomatımız İran səfirliyinə baş çəkdi 

23:38 22.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov helikopter qəzası nəticəsində Seyid İbrahim Rəisinin və digər İran rəsmilərinin faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığı vermək üçün İranın Sofiyadakı səfirliyində olub.

Hafta.az xəbər verir ki, bu barədə Səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, diplomat ziyarət çərçivəsində xatirə kitabını imzalayıb və həmkarı ilə görüşüb.

Siyasət rubrikasından digər xəbərlər