Dörd ayda dəmir yolu ilə 2,1 milyon ton yük daşınıb

17:38 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyon 137,9 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 879,4 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 824,2 min ton yükün dəyəri 255,4 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 313,6 min ton, dəyəri isə 624 milyon dollar olub.