“Dostluq” abidəsinin ərazisində abadlıq işləri aparıldı - FOTO

18:14 25.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bir müddət öncə qəzetimizdə “Səkkizinci kilometr”qəsəbəsi, “Neftçilər” metro stansiyasının yaxınlığında mərkəzi 4 yol dairəsində ucadılmış “Dostluq” abidəsi ərazisindəki  baxımsızlıqdan yazmışdıq. Yazıdan sonra həmin ərazi abadlıq işləri aparılaraq, alaq otlarından təmizləndi və torpaq tökülərək yayıldı. Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Dostluq” abidəsinin ətrafında “alyandra” kol bitkiləri əkildi.

Ərazidən keçən paytaxt sakinləri haqlı irad tutaraq bildirdilər ki, paytaxtda yaşıllıqların salınması işləri ilə Bakı Şəhər Yaşıllaşdırma İdarəsi məşğul olur. Sözügedən idarənin işçiləri əvvəllər abidənin ərazisinə mövsümlə əlaqədar olaraq, qazon və çiçəklər, güllər əkərdilər: “İndi isə təxminən, 1 metr uzunluğunda olan o kol bitkisini bir-birinə yaxın əkiblər, kənardan baxanda gözəl görünmür. Yaxşı olardı ki, Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri tərəfindən o kiçik dairəyə yaşıl qazon və payız mövsümü ilə bağlı güllər-çiçəklər əkiləydi. Bu, həm insan zövqünə uyğun olardı, həm də ərazini gözəl, füsunkar göstərərdi”.