Dünyanın ən bahalı və ən ucuz şəhərləri - Nəticələr açıqlandı

16:45 02.12.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
İngiltərədə yayımlanan "The Economist" dərgisi 2021-ci ildə dünya miqyasında 173 şəhərdə yaşamağın maliyyətinə dair apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, hazırda dünuyanın ən bahalı və ən ucuz həyatın mövcud olduğu şəhərlərin siyahısı tutulub. 
Siyahıya əsasən, ən bahalı şəhərlərin siyahısında ilk pillədə ötən il beşinci yerdə olmuş İsrailin paytaxtı Təl-Əviv dayanır. İkinci yerdə Paris, üçüncü pillədə isə Sinqapur qərarlaşıb. Ümumilikdə, siyahıda ilk onluğa daxil olan ölkələrin sıralaması belədir: 1. Təl-Aviv, 2. Paris, 3. Sinqapur, 4. Sürix, 5. Hong Kong, 6. Nyu York, 7. Cenevrə, 8. Kopenhagen, 9. Los Anceles, 10. Osaka. 
Bu il bahalı şəhərlərin siyahısında Moskva 106-cı pillədən 96-cı pilləyə yüksəlib. Ötən il 111-ci olan İstanbul isə 146-cı yerə enib. 
"The Economist"ə görə, ən ucuz şəhərlərin ilk beşliyində isə aşağıdakı şəhərlər yer alıb:
1. Dəməşq, 2. Tripoli, 3. Daşkənd, 4. Tunis, 5. Almatı. 
"The Economist" tərəfindən ildə iki dəfə aparılan araşdırmada analistlər 173 şəhərdə 200 mal və xidmətin qiymətlərini müqayisə ediblər. Bütün şəhərlər 100 xala sahib Nyu Yorkla qarşılaşdırılıb.
Qeyd edək ki, ötən ilk ən bahalı ilk üç şəhər Sürix, Paris və Hong Kong idi. Ötən il Moskva əvvəlki illə müqayisədə 20 pillə geriləyərək 106-cı sıraya düşmüşdü.
Bu arada, infilyasiya, enerji qiymətləri və sair nəzərə alınan araşdırma zamanı Buenos Ayres və Karakas kimi hiperinfilyasiyanın hakim olduğu şəhərlər siyahıya salınmayıb. 
Oxunma sayı 367