Düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var - Müdafiə Nazirliyi

22:41 23.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan müdafiə nazirliyi rəsmisinin guya döyüşlərdə Azərbaycan Ordusunun xeyli sayda zirehli və avtomobil texnikasını itirməsi ilə bağlı səsləndirdikləri fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır. Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoları izləmək kifayətdir.

Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir" deyə, məlumatda qeyd olunub.

Oxunma sayı 218
Siyasət rubrikasından digər xəbərlər