EIA neftin qiymətləri üzrə proqnozunu artırıb

10:28 07.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu artırıb.

2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 62,28 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 1,61 dollar çoxdur.

Məlumata görə, 2022-ci ildə bu göstəricinin 60,49 dollar səviyyəsində olacağı gözlənilir (1,98 dollarlıq artım).

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata görə, WTI markalı neftin ötən il orta 2021-ci ildə isə 58,89 dollar (ötən proqnoza əsasən 57,24 dollar) səviyyəsində olacağını proqnozlaşdırır. 2022-ci ildə isə bu göstəricinin 56,74 dollara çatacağı gözlənilir (öncəki proqnoz 54,75 dollar səviyyəsində olub).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar olub.