“Əcnəbilər ruslardan yaxşı işləyir” dediyi üçün məmur cəzalandırıldı

10:45 11.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvanın Xoroşyovo-Mnevniki rayonunda mənzil xidmətinə cavabdeh olan departamentin direktoru immiqrantların Rusiya vətəndaşlarından daha yaxşı işlədiyini dediyi üçün inzibati cəzaya məhkum edilib.

Hafta.az-ın yazdığına görə, internetdə paylaşılan kadrlarda Xoroşyovo-Mnevnikidəki “Jilişnik” müəssisəsinin direktoru Dmitri Mutkovun “Mən əcnəbilərlə işləməyi daha çox xoşlayıram, çünki onlar ruslardan fərqli olaraq işləməyi sevirlər” dediyini görmək olar.

Bunun üzərinə rayon sakini prokurorluğa şikayət edib və Mutkov barəsində istintaq başladılıb.
Məhkəmə dövlət məmurunu dediyi sözlərə görə 10 min rubl cərimələyib.

Mutkov "nifrətin qızışdırılması və insan ləyaqətinin təhqir edilməsi"ndə təqsirli bilinib.