Əfqanıstanda 200 falçının məhkəməsi başlayıb

11:30 02.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda Taliban hakimiyyətə nəzarəti ələ aldıqdan sonra falçılara və öncəgörənlik edənlərə qarşı ciddi mübarizə aparılır.

Hafta.az-ın yazdığına görə, Taliban administrasiyasının Xeyirə Dəvət və Şərdən Çəkindirmə Nazirliyinin sözçüsü Akif Mühacir mətbuata açıqlamasında indiyədək ölkə daxilində həyata keçirilən əməliyyatlarda aralarında qadınların da olduğu 200 nəfərin saxlanıldığını açıqlayıb.

Mühacir sözügedən şəxslərə qarşı məhkəmə işlərinə start verildiyini bildirərək, bu cür fəaliyyətlərin dini baxımdan haram buyurulduğunu, cəmiyyətdə korrupsiya və iğtişaşlara səbəb olduğunu qeyd edib.

Taliban əvvəlki iqtidarı zamanı da ölkədə adi hal alan bu cür fəaliyyətlərin qarşısını almışdı.