Ekvadorda avtomobil təmiri sexinə hücum olub: 10 nəfər ölüb

22:25 30.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekvadorun qərbindəki Quayaquil şəhərində silahlı naməlum şəxslər avtomobil sexinə hücum ediblər. Nəticədə 10 nəfər öldürülüb, bir nəfər yaralanıb.

Hafta.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin “Clarin” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda hüquq-mühafizə orqanlarının istintaq bölmələri cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

İlkin məlumata görə, cinayətkarlar sexdə futbola baxan bir qrup şəxsi güllələyiblər.

Qeyd edək ki, artan cinayətlər səbəbindən ötən ilin avqustundan Quayaquil şəhərində fövqəladə vəziyyət elan olunub.