Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

17:55 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr - Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb.

Hafta.az xəbər verir ki, Türkiyə Prezidentinin paylaşımında qeyd olunub: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr - Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.