"Türkiyə ilə Ukrayna arasında mükəmməl inkişaf etmiş əlaqələr mövcuddur və prezidentlər Vladimir Zelenskiylə Rəcəb Tayyib Ərdoğan bir-birinə yüksək səviyyədə etimad göstərir".
Hafta.az-ın yazdığına görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında əlaqələri yaxşılaşdırmaq məqsədilə vasitəçilik etmək istəməsinə dair sualı cavablandırarkən deyib. Nazir bildirib ki, Normandiya formatında aparılan danışıqlara sadiqdirlər, ancaq digər tərəfdaşların göstərdiyi dostyana səyləri də yüksək dəyərləndirirlər.
Kuleba bildirib ki, müharibə rüsqini sona çatdıracaq və Ukraynanın torpaqlarını geri qaytarmasına yardım edəcək bütün cəhdləri alqışlayırlar: "Ukraynada tək bir qaydası var: Ukraynasız Ukrayna ilə bağlı hər hansı saziş imzalana bilməz, bu bizim qırmızı çizgimizdir".