Böyük kilikiya evinin katolikosu I Aram ermənipərəst konqresmen Adam Şiffin dəvəti ilə ABŞ Konqresinin Nümayəndələr Palatasını ziyarət edib.
Hafta.az xəbər verir ki, bu haqda “Artsakhpress” nəşri məlumat yayıb.
Erməni katolikos Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşlər keçirib. Keçmiş spiker Nensi Pelosi katolikosla görüşdə ABŞ rəhbərliyini “Qarabağdan köçmüş 100 min erməni xristian qaçqını” dəstəkləməyə çağırıb.
Qeyd edilir ki, I Aram görüşlərindən əvvəl Nümayəndələr Palatasındakı çıxışı öncəsi üzdəniraq açılış duası edib:
“Bizə kömək et, ey mərhəmətli Allah, bu yaxınlarda öz çoxəsrlik vətənləri olan (guya-S.L.) Dağlıq Qarabağı (keçmiş-S.L.) tərk etməyə məcbur olmuş yüz mindən çox (guya-S.L.) erməni qaçqını dualarımızda yad et.”
Amerikanın Erməni Komitəsi qeyd edir ki, qurumun təşkil etdiyi qəbul zamanı katolikos I Aram ABŞ Demokrat partiyasının üzvləri Ketrin Klark, Cim Kosta, Anna Eşu, Yanq Kim, Barbara Li, Bred Şerman və başqaları ilə də görüşüb. O, respublikaçı konqresmen Cerri Karl ilə də ayrıca görüş keçirib.