Erməni politoloqdan sərhəd açıqlaması - 5 İNƏYƏ GÖRƏ PUTİNİ OYATMAYIN

15:36 21.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan-Azərbaycan sərhəddindəki məsələləri həll etmək hamıya, ilk növbədə isə Rusiyaya lazımdır.

Hafta.az bildirir ki, bu fikirləri erməni politoloq Aleksandr İskəndəryan səsləndirib.

Onun sözlərinə görə, hər dəfə sərhəddə itən 5 inəyə görə Putini yuxudan oyatmamaq üçün bu məsələ həllini tapmalıdır: 

«Ermənistan hazırda sərhədlərinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Bu səbəbdən sözügedən məsələ ilə Rusiya məşğul olmağa məcburdur. Kommunikasiyaların açılmasına gəldikdə isə, Rusiya istəyir ki, təcrid aradan qaldırılsın və tərəflər iqtisadi əlaqələr tərəflər arasında gərginliyi azaltsın. Azərbaycan və Türkiyəyə kommunikasiyaların açılması lazım deyil. Onlara bir yol kifayətdir. Bu yolun da təhlükəsizliyini Ermənistan təmin etməməlidir. Bu iqtisai yox, siyasi layihədir".

Siyasət rubrikasından digər xəbərlər