Ermənilər Şuşa həbsxanasında saxlanılan əsrlərin hamısına işgəncə verirdilər - Şahid ifadəsi

14:45 03.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam şəhəri işğal olunan zaman Qiyaslı kəndində əsir düşmüşdüm. Bizi oradan Şuşa həbsxanasına gətirdilər. Ermənilər burada əsrlərin hamısına - qadınlara, cavanlara, qocalara, uşaqlara ağır işgəncələr verir, hər kəsi döyürdülər. Ölənləri isə sürüyərək həbsxanadan çıxarıb kütləvi şəkildə basdırırdılar.

Hafta.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı erməni əsirliyində olmuş Cəmaləddin Hüseynov deyib.

Bir il üç ay erməni əsirliyində olmuş Cəmaləddin Hüseynov bu dövrdə onlara dəhşətli işgəncələrin verildiyini vurğulayaraq bildirib ki, onun iki qardaşı itkindir, bu vaxtadək onların taleyindən hələ də xəbər yoxdur.