Ermənilərin də məqsədi odur ki... – “QARA SİYAHI”DA ADLAR ARTSIN

17:18 23.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"France Télévisions"un jurnalisti və siyasi şərhçisi Jülen Neni Tvitterdə məlumat verib ki, Fransa prezidentliyinə namizəd, Fransın regional şurasının katibi Valeri Pekress gizli şəkildə Qarabağa səfər edib. Orada yerli siyasətçilərlə tanış olub. Təhlükəsizliyə görə səfər Ermənistanda olan əksər fransız mediası, o cümlədən, "France" TV tərəfindən işıqlandırılmayıb", - deyə Neni yazıb.

 Azərbaycan regionda sülhün bərqərar olunmasından danışsa da, görünən odur ki, erməni silahlıları Laçın dəhlizindən keçərək Xankəndi, Ağdəqə, Xocalıda hərbi təlimlər keçir, topaqlanırlar.

 Nəhayət Azərbaycan özünün təhlükəsizliyi ilə bağlı hansı qəti addımların atmağın vaxtı gəlib.

Bu barədə hafta.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan prezidenti ötən həftə Brüsseldə demişdi ki, Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacaq və Azərbaycan sərhəd, gömrük xidməti sərhədin Laçın istiqamətində yerləşəcək.

“Əlbəttə, Azərbaycan Xarici İşlər Nazirliyi Valeri Pekresi arzuolunmaz şəxs elan edə bilər. Ancaq bu çıxış yolu deyil. Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimi şəxslər Azərbaycanın icazəsi olmadan ərazimizə daxil olub erməni separatçıları görüşə bilməsinlər. Əks halda Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq”.

Politoloq heç şübhə etmir ki, Laçın dəhlizi açıq qaldıqca, Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və daha kimlər Azərbaycana qanunsuz daxil olacaqlar.

“Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara dəftərindəki” isimlərin sayı artsın və bununla müxtəli dövlətlər münasibətlərdə gərginliklər yaşayaq. Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır. Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir”.

Politoloq Elçin Alıoğlu bildirib ki, Fransanın siyasətçiləri, parlament mənsubları və dövlət məmurları ilk dəfə deyil ki, Azərbaycanın sərhəd toxunulmazlığı ilə ərazi bütövlüyünü pozaraq erməni separatçılarının müvəqqəti nəzarətindəki ərazilərə gəlirlər.

Onun sözlərinə görə, Ərazilərimizin 20 faizinin erməni işğalında olduğu 28 il ərzində belə səfərlər onlarla, yüzlərlə olmuşdu.

“44 günlük Vətən Müharibəsi başa çatandan sonra fransalı siyasətçilərin güzarı bir qədər zəifləsə də, son vaxtlar yenidən intensivləşib.

Səbəb trivialdır: Fransada keçiriləcək parlament və prezident seçkilərinə hazırlıq kampaniyası ilə bağlı olaraq fransız siyasətçilər ölkədəki erməni icmasının səslərini əldə etməyə çalışırlar.

Fransadakı siyasi partiyalar üçün yerli erməni icmasının səsləri əhəmiyyətlidir. Belə ki, Fransada toplam olaraq 460 min erməni yaşayır. Ən böyük erməni icması (təqribn 200 min nəfər) Parisdədirsə, Lionda 120 min Marseldə 100 min, Valansda 10 min erməni var.

Fransada istənilən seçkilərdə namizədlər erməni amilini qulaqardına vuraraq ermənilərin tələblərinə və istəklərinə laqeyd yanaşmaqdan çəkinirlər, çünki belə olarsa, erməni seçicilərin dəstəyi və səsləri rəqiblərə çatacaq.

Məhz bu səbəbdən fransız siyasətçilər hər seçki öncəsində Ermənistana, imkan düşəndə də Xankəndinə səfər edirlər”.

E.Alıoğlu hesab edir ki, Fransanın Ermənistana verdiyi tam dəstəyə rəğmən, Laçın dəhlizi vasitəsilə fransız siyasətçilərin, ictimai xadimlərin və məmurların Azərbaycan ərazisinə keçidləriən son qoymağın zamanı çatır.

“Bundan başqa, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə Ermənstan, illah da Xankəndindəki separatçı rejimin "bayraq"larının və simvollarının istifadəsi yasaqlanmalıdır.

Qaregin Njde və Monte Melkonyan kimi terrorçuların heykəlləri, büstləri, plakatları ümumiyyətlə, olmamalıdır.

Ermənistandan Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə indiki kimi sərbəst və asudə hərəkətə, get-gələ bilmərrə son qoyulmalıdır.

Azərbaycan ərazisində heç bir qanunsuz silahlı birləşmə, erməni yaraqlıların bandaları fəaliyyət göstərməməlidir”.

E.Alıoğlu bildirib ki, əksinə bu gün rusiyalı sülhməramlıların fəaliyyət zonasında erməni silahlılar çox rahat şəkildə yeni mövqelər inşa edir, səngərlər qazırlar.

Ermənistan Müdafiə Nazirliyi çağırışla ordu sıralarına çağırılmış erməni gəncləri mülki paltarda Laçın dəhlizindən Xankəndinə keçirir. Sonra həmin əsgərlər Ağdərədə, Əsgəranda, Xocalıda, Xankəndində "hərbi hissə"lərdə "qulluq" edirlər.

"Bəs rusiyalı sülhməramlılar hara baxır?" sualı sakramentallığını və ritorikliyini çoxdan itirib.

Fransız siyasətçilərlə bahəm, erməni silahlıları Laçın dəhlizindən Azərbaycan ərazisinə buraxan məhz rusiyalı sülhməramlılardır.

Məhz bu səbəbdən Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrimizi yaratmağın vaxtı çatıb”.

Politoloq hesab edir ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti həmin günü yaxınlaşdırmaq üçün əlindən gələni etməkdədir.

“Laçın dəhlizi hazırda faktiki olaraq Laçın dəliyidir. Ermənistandan gələn quldurlar, rusiyalı sülhməramlıların guya nəzarət etdiyi əraziləri yağmalayan və oğurluq edənlər, habelə siyasi klounlar özlərini nədənsə çox rahat hiss edirlər.

Bu dəlik nəzarətə alınmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər