Ermənistan Hindistandan bu silahları aldı - İRƏVAN MÜHARİBƏYƏ HAZIRLAŞIR

20:30 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan Ermənistana 6 ədəd 155 mm-lik ATAGS haubitsası tədarük edib, müdafiə şirkətinin rəhbəri Bharat Forge L.t.d. Babu Kalyan deyib.

Hindistan Müdafiə Araşdırmaları Qanadının məlumatına görə, haubitsalar avqustun əvvəlində təhvil verilib. Bu, Hindistanla imzalanmış böyük müqavilə çərçivəsində Ermənistana gələn ilk partiyadır.

Müdafiə müqaviləsi Ermənistana 155,5 milyon dollar dəyərində 90 ədəd ATAGS qurğusunun tədarükünü nəzərdə tutur.Bundan əlavə, növbəti 3 il ərzində mərhələli şəkildə Ermənistana daha 84 haubitsa çatdırılmalıdır. Qeyd olunur ki, Bharat Forge Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.