Ermənistan müharibə hazırlığına başladı - HƏRBİ HİSSƏLƏRDƏ GENİŞMİQYASLI...

17:04 29.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sülh danışıqlarını müxtəlif bəhanələrlə dalana dirəyən Ermənistan rəhbərliyi artıq əsl planını atdığı addımlarla açıq etməyə başlayıb.

Soçidə Rusiyanın təşəbbüsü ilə keçirilən görüşdən sonra Paşinyanın "Biz Rusiyanın təklifləri ilə razıyıq" bəyanatının ardından sərhəddə və rus sülhməramlılarının terləşdiyi Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrin təxribatları gün keçdikcə artmaqdadır.

Paşinyan Azərbaycanın razılaşmayacağını əvvəlcədən bilərək sülhü yaxınlaşdırdığına inanılan Brüssel formatını da "şərt" (Kremlin diqtəsi ilə A.Ə.)irəli sürərək çıxmaza sürüklədi.

Bunun ardınca dünən yayılan informasiyalara görə, İrəvan ordusunun "müharibə hazırlığı"nı yoxlayır.

Hafta.az erməni mətbuatına istinadla bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hərbi hissələrdə genişmiqyaslı yoxlamalar aparır. Hərbi idarədən bildirilib ki,yoxlamaların məqsədi qoşunların döyüş hazırlığının qiymətləndirilməsidir.

"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryanın təşəbbüsü ilə hərbi hissə və birləşmələrdə genişmiqyaslı yoxlamalar keçirilib. Məqsəd döyüş hazırlığının, dəstəyin, hazırlığın və komanda-idarə sisteminin səviyyəsinin qiymətləndirilməsidir".

Qeyd edək ki, Ermənistan so aylarda Hindistan və İrandan yeni hücum silahlalırını alacağını bildirib.
Bütün bu yaşananlar isə Ermənistanın yenidən müharibəyə hazırlaşdığı, danışıqları süni şəkildə uzatmaqla vaxt qazanmağa çalışdığına dair iddiaları xeyli gücləndirir.

Oxunma sayı 3281
Gündəm rubrikasından digər xəbərlər