Ermənistan üçün Ukrayna ssenarisi - CƏNUBİ QAFQAZDA YENİ MÜHARİBƏ ANONSU

20:41 25.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İrəvan qeyri-sabitliyin yeni vektoruna çevrilə bilər, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov İctimai Xəbərlər Xidmətinə müsahibəsində bildirib. Onun fikrincə, “qlobal dağılma” prosesinə başlamaq istəyən elitalar Ukrayna ssenarisi üzrə Cənubi Qafqazda böhran təşkil edə bilərlər.

“Bu oyun – əvvəlcə mitinqlər keçirilir, sonra Nikol Paşinyan KTMT-nin səmərəsizliyini mediada nümayiş etdirmək, səmərəsizlik mənzərəsini yaratmaq üçün artıq bağlanmış razılaşmanı pozur. Vəziyyət Ukrayna ssenarisinə bənzəyir - insanları küçələrə çıxarmaq, rəhbərliyin küçə təzyiqi altında qəbul etdiyi qərarları rədd etmək”, - ekspert qeyd edib.

Eyni zamanda o əlavə edib ki, hazırda Ermənistanın KTMT-dən çıxması sərfəli deyil. Onun sözlərinə görə, respublikanın baş naziri Nikol Paşinyan ölkənin gələcəyini riskə atmayacaq.

Oxunma sayı 3460
Gündəm rubrikasından digər xəbərlər