Ermənistanda 1 gündə koronavirusdan 26 nəfər ölüb 

11:52 08.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində koronavirusa 2175 yoluxma qeydə alınıb, 26 nəfər isə həyatını itirib.

Hafta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanda koronavirusa yoluxanların sayı 104 249 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 64 179 nəfərin sağaldığı, 1 559 nəfərin isə öldüyü bildirilir.