Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənəcək - “Hraparak”

12:10 20.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Münhen səfərindən sonra Ermənistanda yeni impulsla anti-Rusiya əhval-ruhiyyəsi formalaşacaq və nazik ip üstündə olan Ermənistan-Rusiya münasibətlərini əsaslı şəkildə pozmağa, Rusiyanı Ermənistandan birdəfəlik sıxışdırmağa cəhd ediləcək".

Bu fikirlər Ermənistanın “Hraparak” nəşrində baş nazir Nikol Paşinyanın Münhen səfəri ilə bağlı şərhində yer alıb:
"Hökumətyönlü mənbələr Qərbin belə bir tələb irəli sürdüyünü, bunun müqabilində Azərbaycanın hərbi ambisiyalarını cilovlayacağını vəd etdiyini bildirir. Məhz buna görə də Paşinyan Münhendə erməni icmasının nümayəndələri ilə görüşündə bunu bir daha təkrar edib.

“Mən çoxdan deyirəm ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil, bu, bizim səmimi mövqeyimizdir”.