Ermənistanda koronavirusdan ölənlərin sayı 1600 nəfəri keçdi

11:47 10.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 108 687 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 221 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 29 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 609 nəfər koronavirusdan ölüb, 49 831 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.