“Ermənistan hələ KTMT-dən çıxmayıb”,
Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan jurnalistlərlə söhbətində danışıb.
“KTMT-dən çıxmağın nəyə gətirib çıxaracağına gəlincə, bu məsələdə sirr var", -deyə erməni general bildirib.
Xatırladılır ki, baş nazir Nikol Paşinyan Milli Assambleyada bəyan edib ki, “bizdə KTMT-yə üzvlük faktiki olaraq dondurulmuşdur və bu proses davam edərsə, onu de-yure dondurmalıyıq”.
“KTMT Ermənistanın adekvat mövqeyini və təhlükəsizliyini təmin etmək öhdəliyinə baxmayaraq, bunun tam əksini edir”, - deyə Paşinyan bildirib.
Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib ki, “KTMT-dən çıxmaq barədə qərar qəbul edilməyib, lakin heç kim bunu istisna etmir”.