Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub - Müdafiə Nazirliyi

13:45 18.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Hafta.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.