İranın Yollar və Şəhərsalma Nazirliyi fevralın 18-də bildirib ki, Ermənistan-İran sərhədinin Norduz keçidində avtomobil körpüsünün tikintisi ilə bağlı Tehran və İrəvan arasında razılıq əldə olunub.
Hafta.az xəbər verir ki, bu haqda “İRNA” məlumat yayıb.
Razılaşma Fevralın 14-də İran-Ermənistan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının 18-ci iclası çərçivəsində əldə edilib.
İclasın kuluarlarında İranın yollar nazirinin müavini Xeyrollah Xademi Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini ilə iki ölkə arasında əməkdaşlıq haqqında danışıqlar aparıb.
Xatırladaq ki, 44 günlük müharibəsindən az öncə - 2020-ci il sentyabrın əvvəlində Rusiyanın İranın məhz sözügedən "Norduz" keçid məntəqəsi vasitəsilə işğalçı Ermənistana silah və texnika göndərməsi haqda xəbərlər yayılmışdı. O zaman Ermənistana silah transferi üçün Gürcüstanın bağladığı sərhədi İran açmışdı...