Əsaslı subsidiya mexanizmin tətbiqinə ehtiyac var – Millət vəkili

16:27 25.02.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin  iqtisadi yekunlarına görə dünya bazarında müşahidə edilən qiymət artımları  Azərbaycan istehlak bazarına da təsirsiz ötüşməyib.

Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov isə hafta. az-a deyib:

“Nəzərə alsaq ki, dünya bazarlarında xüsusən ərzaq məhsullarının qiymətlərində 38 faiz, taxılın qiymətində 45 faizdən artıq qiymət artımları müşahidə olundu. Bu da təbii ki, Azərbaycana idxal olunan və eyni zamanda, ölkədə istehsal edilən məhsulların da qiymətlərinə təsirsiz ötüşmədi. 

Baş nazirin imzaladığı antiinflyasiya tədbirlərinin əsas mahiyyəti qiymətlərin optimallaşdırılması, xüsusən xarici ölkələrdə müşahidə edilən qiymətlərin Azərbaycanın istehlak bazarına təsirlərini minimumlaşdırmaqdan ibarətdir. Və buna uyğun olaraq da istehlak səbətinə daxil olan məhsullar üzrə həm istehsalın genişləndirilməsi, bu istiqamətdə sahibkarlara, eləcə də fermerlərə yeni güzəştlərin tətbiq olunması, eyni zamanda, həmin məhsullar üzrə bazarda qiymətlərin optimallaşdırılması, rəqabətin gücləndirilməsi, az sayda əldən idarə olunan qiymətlərin müəyyənləşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi tədbirlər planına daxildir.

Burada fermerlərə və sahibkarlara yeni güzəştlərin veriləcəyi nəzərdə tutulub, həm faiz subsidiyası mexanizminin genişləndirilməsi, habelə güzəştli kreditlərə çıxış imkanlarının artırılması, o cümlədən subsidiya mexanizminin təkmilləşdirilməsi daxildir.

Xüsusən bir sıra strateji məhsullar üzrə nəticə əsaslı subsidiya mexanizmin tətbiqinə ehtiyac var. Çünki daha çox məhsul istehsal edən, yetişdirən fermerin daha çox subsidiya əldə etməsinə imkan yarada bilər. Digər mühüm məqam rəqabətin gücləndirilməsi ilə bağlıdır. Çünki rəqabətin gücləndirilməsi qiymətlərin optimallaşdırılmasına və xüsusən də həm idxal  olunan, həm də istehsal edilən məhsullar üzrə qiymətlərin tənzimlənməsinə  gətirib çıxara bilər. Eyni zamanda, yarmarkaların mütəmadi keçirilməsi, fermerlərin paytaxt bazarlarına çıxış imkanlarının artırılması və onlara qarşı olan maneələrin tamamilə aradan qaldırılması həyata keçiriləcək. Bu baxımdan təsdiq olunan antiinflyasiya tədbirləri sistemlidir və nəticə etibarilə qiymətlərin oprimallaşdırılmasına təsir göstərə bilər. Bu da imkan verər ki, növbəti dövrlərdə, xüsusən  nəzərə alsaq ki, 2022-ci ildə qiymət artımları dünya bazarında davam edəcək, onun təsirlərini minimuma endirmək mümkün olsun”.