“Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” - Ukrayna mətbuatı 

10:38 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı məqalələr dərc edib.

Hafta.az xəbər verir ki, “RBK-Ukrayna” informasiya agentliyində, “QORDON” nəşrində dərc edilən məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün rəsmi “Twitter” səhifəsinə istinadla yazıblar:

“Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.