Faysal bin Bəndər: “Səudiyyə Ərəbistanı e-idman üçün qlobal mərkəzə çevriləcək”

09:15 27.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı və Beynəlxalq e-İdman Federasiyalarının prezidenti Şahzadə Faysal bin Bəndər bin Sultan, e-idmana daha böyük hədəfə aparan "qapı" kimi baxdığını söyləyib. Deyib ki, onların qurmaq istədiyi şey video oyunlar üçün hərtərəfli sənayedir.

Hafta.az-ın yazdığına görə, AFP-yə verdiyi müsahibədə o, Səudiyyə Ərəbistanının video oyunlar sənayesini inkişaf etdirmək arzusunu açıqlayıb və Krallığın video oyunlar və e-idman üçün qlobal mərkəz olmaq məqsədini vurğulayıb.

Xatırladaq ki, paytaxt Ər-Riyad şəhəri bu yay e-idman üzrə Dünya Kubokuna ev sahibliyi edəcək və burada 60 milyon dollardan çox mükafat öz sahiblərini tapacaq.

Şahzadə Faysal bin Bəndər bin Sultan deyib ki, video oyunları və e-idman dedikdə, ağlına Yaponiya və ya Cənubi Koreya kimi ölkələr gəlir. O, Səudiyyə Ərəbistanının da bu bərabərliyin bir parçası olmasını istədiklərini deyib.

Qeyd edək ki, İctimai İnvestisiya Fonduna aid olan “Savvy Games” qrupunun prezidenti Brayan Uord Səudiyyə Ərəbistanına bazarda yer açmaq və studiyalarda yaxşı komandaların olması üçün bütün gücləri ilə çalışdıqlarını vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər